26 Aprel 2019 14:38
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi Hadisə xəstəxanalıq olub.

Teleqraf.com xəbər verir ki, dünən gecə 00:15 radələrində qəfil halı pisləşən müğənni özəl xəstəxanalardan birinə çatdırılıb.

İnfeksiya düşdüyü üçün 33 yaşlı ifaçının qızdırması olub. Hadisəni xəstəxanada meneceri Haluk Şəntürk tək qoymayıb.

Sistem köçürüləndən sonra müğənni media nümayəndələrinin obyektivinə tuş gəlməmək üçün xəstəxananı gizli tərk edib.


Müəllif: Leyla