Türkiyəli aktrisa Hande Erçel ABŞ-da nəşr olunan “Top Beauty World” jurnalının keçirdiyi səsvermədə “2019-cu ilin ən gözəl qadını” seçilib.
Teleqraf.com xəbər verir ki, məşhur aktrisa səsvermədə Zendaya, Teylor Svift, Selena Qomez, Emiliya Klark, Sofiya Törner və Barbara Palvin kimi “ulduzları” geridə qoyub.
Qeyd edək ki, 25 yaşlı aktrisa 2012-ci ildə Türkiyə gözəli seçilib.