22 Oktyabr 2019 09:51
3 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc müğənni Aysun İsmayilova Teleqraf.com-a müsahibə verib. Onunla müsahibəni təqdim edirik:

- Aysun xanım, "Maşın" şouda iştirak etdiniz. Şou sizə nəyi qazandırdı?

- Əsində, şou çox maraqlı keçdi, çox dürüst oyundur. Orada iştirakım həyatımda ən maraqlı təcrübə oldu. “Maşın” şou mənə öyrətdi ki, həyatda heç kimə güvənmək olmaz. İnsan həmişə özünə güvənməlidir. Ən əsası, insanları tanımağı öyrətdi.

- Şoudan çıxanda bəzi məsələləri açıqlamadınız. Buna peşmansınız?

- Hanısasa kişinin səhvlərini açıb ortaya qoymaq düzgün olmaz. Ona görə də peşman deyiləm.

- Hazırda küsülü olduğunuz kimsə varmı?

- Bəli, var. Mən bir insanı silirləmsə, silirəm. İki nəfərlə münasibətim yaxşı deyil. Biri ilə salam-sağ ol var. Onlardan biri bəy, biri isə xanımdır.

- Bəlkə adlarını açıqlayasınız.

- Yox, adını açıqlamayım...

- “Maşın” şouya qoşulanda məğlubiyyəti düşünürdünüz?

- Təbii ki, şouya gedəndə bilirdik ki, məğlubiyyət də mümkündür. Maşın sonda bir nəfərin olur...

- Yenidən “Maşın” şouya dəvət edərlərsə, qəbul edərsiniz?

- Qaça-qaça...

- Maraqlıdır ki, bu dəfə hansı taktikadan istifadə edərsiniz?

- Səhvlərimi bir daha təkrarlamaram. Heç kimdən məsləhət almaram. Ancaq öz məntiqimlə və düşüncəmlə hərəkət edərəm.

- Əslində, ananız Rəqsanə İsmayılovanın Bakıda sizə dəstəyini gözləyirdik.

- Anam indi Türkiyədədir, gələ bilmədi. Amma gəlməsini çox istəyirdim. Növbəti dəfə “Maşın” şouya dəvət gəlsə, inanıram ki, anam burada olacaq.

- Rəqsanə xanım Moskvada yaşayır. Ayrı-ayrı ölkələrdə yaşamaq sizə çətin deyil?

- Təbii ki, çətindir. İnsan ailəsindən kənarda darıxır. Danışmaq istədiklərini bölüşə bilmirsən. Bir ananın övladından, yaxud övladın anadan ayrı yaşaması dözülməzdir. Amma işimiz üçün buna məcburuq.

- Bir çox müğənnilərimiz Türkiyə şou-biznesinə qatılmaq istəsə də uğurlu alınmadı. Siz necə, Türkiyə şou-biznesinə qatılmağım düşünürsünüz?

- Bəli, Türkiyə şou-biznesinə qatılmaq istəyirəm. Amma hələ tezdir. İlk öncə ölkəmizdə Aysun İsmayılova olaraq təsdiqlənməliyəm. Eləcə də maddi olaraq özümü təmin edə bilsəm, bu haqda düşünərəm.

- Sosial şəbəkədə çəkinmədən hər şeyi paylaşırsınız. Bu sizə problem yaratanmır?

- Sosial şəbəkədə öz səhifəmdir, ondan necə istəyirəm, elə də istifadə edirəm. Pis və yaxşı yaxşı yanaşanlar özləri bilərlər. Mən heç kimin səhifəsinə yazan deyiləm. Onun üçün də onlara fikir vermirəm. Sosial şəbəkədən özümə görə istifadə edirəm. Mənə nə xoşdur, paylaşıram. Xoşlarına gəlmir, baxmasınlar.

- Rəqsanı xanım bir neçə gün öncə aparıcı Kəmalə Piriyevanın ünvanına bəzi sözlər dedi. Onu saxlayan şəxs sayəsində “Maşın” şouda avtomobili qazanacağını dedi. Amma bu iddialar özünü doğrultmadı. Sizin də bu haqda fikriniz maraqlıdır.

- O xanım haqqında danışmaq, eləcə də adını çəkmək istəmirəm. Danışmağa ehtiyac yoxdur. Biz bacardığımız qədər hər şeyi göstərdik. Düşünürəm ki, xalqın gözü tərəzidir. Və o, oyundan uzaqlaşdı.

- Rəqsanə xanımın və sizin onun əleyhin səsəvermədə rolunuz oldumu?

- Xeyr. Mən heç vaxt o xanıma görə pul xərcləmərəm.

- Gələk şəxsi həyatınıza...Yaxın günlərdə “Qurd” ləqəbi ilə tanınan Fərid Eminovla sevgili olduğunuz xəbəri çıxdı.

- Qurdla çox yaxın dostuq.

- Qurd sizinlə mübasibəti haqqında “Biz dostuq, amma gələcəyi bilmək olmaz” fikrini işlətdi. Yəni gələcəkdə sevgili ola biləcəyinizə işarə vurdu.

- Əslində, o mənada yazmamışdı. Sadəcə fikirləri başqa yerə yozuldu. Sonda dedi ki, “bala, sənin gələcəkdə həyatına problem yaradaram, statusu silim”. Biz birlikdə oturduq və qərar gəldik ki, bu, ikimizin də şəxsi həyatında problem yarada bilər.

- Qurd sizə gələcəkdə aşiq olarsa...

- Xeyr, elə şeyə inanmıram. Biz onunla dostuq. Bu kimi hallar mənə tərs gəlir. Dost olub, sonra sevgili ola bilmərəm.

- Bəs, hazırda şəxsi həyatınızda kimsə var?

- Şəxsi həyatımla bağlı danışmağı sevmirəm. O mənim özəlimdir. Qoy gizli qalsın. Amma gələcəkdə çox istəyirəm ki, gözəl, mehriban ailəm olsun.


Müəllif: Rəqsanə Həsənova