2 Noyabr 2019 11:04
1 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Xumar Qədimova Teleqraf.com-un suallarını cavablandırıb.

- Xumar xanım, İmadəddin Nəsiminin "Neylərəm" qəzəlinə bəstələdiyiniz əsəri təqdim etdiniz. Hansı hisləri keçirdiniz?

- O hissləri daxilimdə yaşadım. Mən fəlsəfi sözlərə xüsusi yer verirəm. Orada eşq, tanrı və “mən” var. Ən əsası İmadəddin Nəsimi var. Hər zaman məni Nəsimi yarardıcılığı cəlb edib. Ona görə də bu böyük layihəni təqdim etdik.

- Niyə şou-biznesdən kənara çəkilmisiniz?

- Belə əsələr yaratmaq üçün kənara çəkilirəm. Kənara çəkilmədən yaradıcılıqla necə məşğul ola bilərəm? Necə gözəl işlər ortaya qoya bilərəm? Mümkün deyil...

- Onda da sevənləriniz sizin üçün darıxır...

- Gözləsinlər... Ən əsası nəticə gözəl olsun. Baxın, “Neylərəm” qəzəlinə musiqi bəstələdim, qovuşduq. Yalandan gündəmdə olmaqla nə iş aşar ki?

- “Neylərəm” qəzəlində “Dilbəra, mən səndən ayrı ömrü canı neylərəm” misrası var. Maraqlıdır ki, Xumar xanımın şəxsi həyatında o misra ilə müraciət etdiyi insan varmı?

- Söhbət yardan, kişidən gedir (gülür). Bəlkə də nə vaxtsa olacaq, indi yoxdur. Amma mən bu sözü sadəcə qarşı cinsin nümayəndəsinə deyil, dostuma, doğmama da deyə bilərəm. Elə insanlar var ki, onlar bizim üçün əvəzsizdir. Onlar olmasa biz neyləyərik?..

- Xumar xanım, imicinizi də dəyişmisiniz. Xüsusilə saçınızın rəngini tez-tez dəyişirsiniz.

- Bəli, arada dəyişirəm. Yenilik istədim və bu imiclə sevənlərimin qarşısına çıxdım.

- Daim formada və zərif qalmağınızın səbəbi nədir? Buna görə idmana, yoxsa diyetə borclusunuz?

- İdmana borcluyam. Məsələn, yeməyi sevirəm, amma neçə günlərlə yeməksiz qala bilirəm. Bir də görürsən ki, günlərlə yeməkdən uzaq dururam. Əsas odur ki, insanın ruhu gözəl olsun.

Fotolar: Pərviz Həşimi


Müəllif: Teleqraf.com