20 Noyabr 2019 01:54
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Allah hamımızı mərdiməzardan, ev yıxandan, qorusun!"

Teleqraf.com xəbər verir ki, bu sözləri yaşadığı mənzili əlindən alınan
"Bu şəhərdə"nin prodüseri Müşfiq Abbasov sosial şəbəkədə yazıb: "Mənim heç kimə dələduz demək hüququm yoxdur. Hər halda fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Həsənova Gülrux Sənhan qızının xalası Həsənova Mehriban Hüseyin qızının iddiası əsanda Apellyasiya Məhkəməsinin hakimi Cəmilova Xəyalə Adil qızının qərarında belə deyilir.

İş orasındadır ki, sən demə, mən 2013-cü ildə H.Gülruxdan aldığım evin "kupçası" saxta imiş, və o saxta çıxarış əsasında mənə verilib, hətda bu belə olduğu halda axı mənim nə günahım var? Axı bu alqı-satqını 5 saylı Dövlət notariusu təsdiqləyib və sonra Dövlət Əmlak komitəsi ona əsasən mənə çıxarış verib.

İndi, 6 ildən sonra Hakim Xəyalə Cəmilova Dövlətin adından mənə deyir ki, ay Müşviq sən evi qaytar H.Gülruxun xalası Həsənova Mehribana, sonra özün Gülruxdan pulunu istə.

Həsənova Mehriban isə mənə telefonda dedi ki, mənim Prezident Apparatındakı bacım qızı ilə Nazirlər Kabinetindəki bacım Azərbaycanda hər hakimin "ağzını yumar", havayı yerə vəkillərə pul xərcləmə. Yəni hakim Xəyalə Cəmilovanın və Mehriban Həsənovanın bu məntiqindən belə çıxır ki, Azərbaycanda kim istəsə Dövlət sənədlərini saxtslaşdırıb külli miqdarda (145 min dollar), dələduzduq edib pulu "atıb" həbs olunmaya bilər, azadlıqda qala bilər və hər ehtimala qarşı cənab Prezident İlham Əliyevin mülkiyyətin sənədləşməsi ilə bağlı dəfələrlə imzaladığı fərmanlara və sərəncamlara, Azərbaycan Respublikası Konstitusiyasının 29 madəsinə (Maddə 29. Mülkiyyət hüququ), Əmlak Komitəsinin verdiyi sənədə, Dövlət Notariusun təsdiqlədiyi müqaviləyə, heç vaxt güvənib ev almayın.Məhkəmənin qərarı ilə hər bir vətəndaşın, vicdanlı alıcının mülki hər an, hətda altı ildən sonra, əlindən alına bilər.

Belə çıxır ki, Azərbaycan vətəndaşları hər ehtimala qarşı mülkləri əllərindən alınmamış hər şeyi satıb kirayələrdə yaşamalıdırlar? Gedib başqa dövlətlərdə ev almalıdırlar?
Əminəm ki, bu belə deyil, çünki biz hüquqi dövlətdə yaşayırıq.
Mən bununla bağlı Prezidentin Hüquq məsələləri üzrə köməkçisi cənab Fuad Ələsgərova,
Ədliyyə naziri cənab
Fikrət Məmmədova,
Məhkəmə-Hüquq şurasına, müraciətlər etmişəm.

Ümid edirəm göydə Allahın, yerdə müraciət etdiyim insanların və bu postu paylaşanların köməyi ilə noyabrın 25-də
Ali Məhkəmədə işimizə baxılacaq. Hakim Vəliyeva Elşanə Rafiq qızı vicdanlı və ədalətli qərar çıxaracaq.
Həsənova Mahriban Hüseyn qızı, Siz elə bilirsiniz ki, iradəli olaraq səadətə qovuşaraq nə isə əldə edəcəksiz? Yox, bilin ki, bacınız qızı Həsənova Gülrux Sənhan qızı Sizin taleyinizə yazılıb!".

Qeyd edək ki, Müşfiq Abbasovun mənzili iki nəfərə satılıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər