4 May 2020 12:12
3 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Televiziyasının (AzTV) bədii rəhbəri, aparıcı Ranar Musayev “MTV Azərbaycan”ın “Söhbətsiz” verilişində qalmaqallı açıqlamalar verib.

Teleqraf.com-un məlumatına görə, Ranar Musayev aparıcılardan danışarkən Xoşqədəm Hidayətqızının ünvanına xoşagəlməz sözlər deyib: "Bir aparıcı ki, verilişdə qonağına "dimedrol" vurdurur ki, ayaqları tutulsun. Gəzə bilməsin və reytinq xətrinə şou eləsin.... Nəinki aparıcı, o insan insan ola bilərmi?"

Ranar Musayev həmkarı Nanə Ağamalıyeva haqqında isə bu sözləri deyib: "Ona salam verəndə əvvəlcə deyir ki, nə?.. Çox xofludur. Sonra deyir ki, sənə qurban olaram. Nanəni çox istəyirəm. Qıraqdan çox güclü insana bənzəyir, amma onun müdafiəyə çox ehtiyacı var. Kobud olsa da qəlbi uşaq kimidir. Söz deyərsən, oturub ağlıyar".

Aprıcı Vüsalə Əlizadə haqqında isə "Çox gözəl xanımdır. Aparıcılığı haqqında heç nə deyə bilmərəm. Çünki çox izləməmişəm" deyib.

Ranar Musayev aparıcı Kəmalə Piriyevanın burun əməliyyatından öncəki görünüşünü bəyənmədiyini bildirib: "Əvvəl heç xoşuma gəlmirdi. Son zamanlar imicini dəyişdi, burnunu əməliyyat elətdirdi. Ondan sonra şirin oldu".


Müəllif: Rəqsanə Həsənova