Türkiyənin məşhur aktrisası Aydan Şener Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edib.
Aktrisa Teleqraf.com-a özəl açıqlamasında bu sözləri deyib: "Çox sevinirəm. Azərbaycanın bundan sonra sevincli günləri çox olsun. Torpaqlar Azərbaycanındır. Savaşı yaxından izləyən sənətçilərdən biri də mən idim.
Azərbaycanla bağlılığımız çoxdur. Qardaş ölkə olmaqla yanaşı, orada çoxlu dostlarımız var.
Zəfər xəbərini aldıq və Azərbaycanın güclü Ordusu olduğu üçün biz qələbəyə inanırdıq".
Qeyd edək ki, Aydan Şener “Çalıkuşu” serialında Fəridə obrazı ilə məşhurlaşıb.