10 Mart 2021 15:16
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova “Həmin Zaur” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Aygün Kazımova sənətinə çox pul xərclədiyini etiraf edib: “Mənim kimi ağılsızı yoxdur, amma peşman deyiləm. Hətta düşünürəm ki, sənətim üçün az etmişəm. Böyük layihələrim hələ qabaqdadır. Allah sağlıq versin ki, layihələrimi edim. Mənə maddi baxımından hər zaman dostlarım dəstək olub. Hətta "Kristal hall"da konsertim belə dostumun sayəsində oldu.

Artıq satmağa heç nə qalmamışdı, əks-halda ona da ağız açmazdım. Hər şeyi satdım, yenidən alacam. Avtomobilim var”.

Aparıcının “Röya Ayxanla qonşu olduğunuz ev özünüzündür?” sualına xalq artisti “Kirayə yaşayıram, amma şikayət etmirəm” - deyə, qeyd edib.

Xalq artisti ölümcül plastik əməliyyatından da danışıb: “2014-cü ildə Türkiyədə dünyaca məşhur bir plastik cərrahın yanına getdim. Əməliyyat olunmaq istəyirdim. Çətin bir əməliyyata qərar verdik. Əməliyyat uzun çəkdi və bir həftə sonra evə döndüm. Hər şey o zaman başladı.

Mən özümü pis hiss etməyə başladım, qanaxma oldu. Məni yenidən həmin xəstəxanaya apardılar, hərəkət edə bilmirdim. Çox ağır əməliyyat olmuşdu. Dörd-beş dəfə əməliyyat keçirdim. Düşünürdüm ki, artıq vətənimə dönməyəcəm, qızımı görə bilməyəcəm. Daxilimdə hamı ilə vidalaşmışdım. Heç kimə bu haqda heç nə demirdim. Çox ağır günlər keçirdim, 20-25 gün xəstəxanada qaldım. Can verən dəqiqələrim idi. Estetik əməliyyat idi.

Möcüzə oldu və sonra Bakıya gəldim. Bir ilə yaxın yaxşı hərəkət edə bilmirdim. Həmin ərəfədə həmkarlarım məni basdırmışdılar, fikirləşdilər ki, artıq Aygün yoxdur. Məni bir quyuya saldılar. "Artıq şou-biznesdə bizik" deyə düşünürdülər. İki il ərzində özümə gəlməyə başladım”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər