12 İyul 2021 18:10
1 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Zərgərli MTV Azərbaycan kanalında həmkarı Afət Fərmanqızını məhkəmə ilə hədələyib.

Teleqraf.com xəbər verir ki, Roza Zərgərli illər əvvəl yayımlanan fotosu ilə onu hədələyənlərə sərt cavab verib.

"Yaxın günlərdə Afət Fərmanqızı yenə nə isə söylədi. Onun haqqında demişdim ki, yaxşı qızdır. Tədbirdə görər, öpər, qucaqlayar. İnstaqramda canlı yayım açmışdım. Orada yazdılar ki, İlhamə Quliyeva sağ olsaydı, heç kim at oynada bilməzdi. Mən də cavab verdim ki,bəli, İlhamə Quliyeva sağ olsaydı, heç kim at oynada bilməzdi. Çünki xalq artistləri bir-biri ilə savaşırdı, bizə ehtiyac yox idi. Sonra Afət Fərmanqızı başladı. Mən də dedim ki, milçək bir şey deyil, könül bulandırır. Afət Fərmanqızı sağ olsun, dedi ki, Roza Zərgərlinin bir kişinin qucağında şəkli var. Şəkil montaj edilib. Şəkli bir jurnalist paylaşmışdı. Hamı da bunu əlində bayraq edib. Afət Fərmanqızı məndən inciməsin. Məhkəmənin qərarına əsasən şəkildən kim istifadə edib, fikir bildirsə, məsuliyyətə cəlb olunacaqlar. Ağıllı olun, Roza Zərgərli kişi qucağında gəzən olsaydı, deyərdim ki, əcəb elədim!", - o bildirib.


Müəllif: Rəqsanə Həsənova