Azərbaycanlı Kamilla Ələkbərova “Miss Model of the World 2014” beynəlxalq model müsabiqəsinə qatılmaq üçün Honq Konqa gedib.
Teleqraf.com xəbər verir ki, “Miss Model of the World 2014” qatılan 20 yaşlı modelimiz Kamilla Ələkbərova noyabrın 12-də Honq-Konqda keçiriləcək müsabiqədə ölkəmizi təmsil edəcək. Bu haqda təşkilatçı Aqil Məmiyev xəbər verib.
Azərbaycanlı model Bakıda hava limanında olarkən ölkəmizin bayrağına sarılaraq şəkillər çəkdirib və sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, 1988-ci ildən ildən bəri hər il dünyanin nüfuzlu ölkələrində keçirilən “Miss Model of the World 2014” müsabiqəsində dünyanın 100-ə yaxın ölkəsindən qızlar iştirak edir. Promo-aksiyalar və kamp vaxtı finala kimi 10 gün ərzində davam edəcək.
Rüstəm