28 Mart 2022 17:01
1 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Vasif Məhərrəmli özü haqqında həmkarı Manaf Ağayevin söylədiyi fikirlərə münasibət bildirib.

Vasif Məhərrəmli Teleqraf.com-a açıqlamasında Manaf Ağayevlə münasibətinin yaxşı olduğunu deyib:

“Manaf Ağayevin mənim barəmdə danışdıqlarından xəbərim yoxdur. Onunla münasibətimiz yaxşıdır və həbsdən çıxdıqdan sonra görüşmüşük”.

Qeyd edək ki, Manaf Ağayev Xəzər televiziyasında yayımlanan “Səhər Mərkəzi” verilişində aparıcının “Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış” fikrini Mətanət Əsədovaya, Vasif Məhərrləmliyə yoxsa Afət Fərmanqızına şail edərsiniz?”sualına “Vasif Məhərrəmliyə aid edirəm”, - deyə cavab verib.


Müəllif: Rəqsanə Həsənova