25 İyun 2022 17:40
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Rövşanə Ağasəfqızı MTV Azərbaycan kanalında yeni nəsil televiziya aparıcılarını tənqid edib.

Teleqraf.com xəbər verir ki, Rövşanə Ağasəfqızı deyib: "Məni narahat edən məqam bu gün bizdə ixtisaslaşmış jurnalistikanın olmamasıdır. Məsələn, iqtisadiyyat və siyasi sahədə jurnalistlərimiz azdır. Əyləncə istiqamətli teleaparıcıları çoxdur və onlar daha çox populyardırlar. Amma belə olmamalıdır. Biz tamaşaçıya nə məhsul təqdim ediriksə, onu də həzm edirlər. Jurnalistikada ixtisaslaşmanlın olmasını çox istəyərdim.

Yetərli qədər əyləncə və şou aparıcları var. Əslində, bir neçə şou-xatakterli verilişlərim olub, amma bu xatakterli verilişlər ağılıma və düşüncəmə yaxın deyil. Məndə o qədər şou proqramlar alınmır. Daha çox sosial istiqamətli layihələrdə varam. İnsanların problemi üzərindən çıxış etməyi sevirəm".

Aparıcı həmkərlarının plastik əməliyyatla bir-birinə bənzəməsini pisləyib: "Nə qədər bir-birinə bənzəyən insanlar var. Anlayıram ki, plastik cərrahlar pul qazanmalıdırlar. Eyni şişmiş dodaqlar, qalxan gözlər, balaca burun... Yəni eyni sifətlərdir. Təəssüf ki, bu gün aparıcılar arasında o görünüşdə qızlar daha çoxdur. Onları ayırd edə bilmirəm. Nə səsi, nə xarizması, nə danışıq səviyyəsi ilə yadda qalan aparıcı var. Onların sayı azdır...

Yenilərdən heç kimi tanımıram, hamısı bir-birinə oxşayır. Saç düzümü, geyim tərzi, makiyajı, şəkilləndirilmiş bədən və düzəldilmiş sifətlər. Belə olmaz".

Rövşanə Ağasəfqızı onu da deyib ki, blogerlərin aparıcı olmasına qarşıdır: "Blogerliyi və telejurnalistikanı bir tərəziyə qoymaq düzgün deyil. Jurnalistika bilik tələb edəb sənətdir. Televiziya ciddi sahədir. Televiziyanın İnstaqram və blogerlik səviyyəsinə düşməsinə qətiyyətlə etiraz edirəm və qəbul etmirəm".


Müəllif: Rəqsanə Həsənova