4 Oktyabr 2022 12:08
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Xoşqədəm Hidayətqızı Bakıdakı 112 nömrəli tam orta məktəbdə şagirdin şagird tərəfindən döyülməsinə sərt reaksiya göstərilib.

Teleqraf.com xəbər verir ki, o, İnstaqramda bu sözləri yazıb: “Bu nə deməkdir!? O məktəbin direktoru, sinif rəhbəri, döyülən uşağın sinif yoldaşları baş verənləri görməyib? Elm və Təhsil Nazirliyi, az qala hər gün hansısa məktəbdə bir hadisə baş verir. Belə məktəbə uşaqlarımızı necə göndərək? Sinif otağında nə baş verəcək, bilmirik. Hanı kameralarınız, pul yoxdur? Bəlkə kamera quraşdırmaq üçün valideynlərdən pul yığasınız?

Amma günahkar tək məktəb deyil, o döyənin və video çəkənin valideynləri də günahkardır. Sevgidən yoxsul, mərhəmmətdən uzaq böyüdülən uşaq bu cür olur”.

Aparıcı daha sonra sosial şəbəkədə canlı yayım açaraq döyülən şagirdin uşaqlarına dəstəyini nümayiş etdirib: “Məhkəməyə müraciət edin, lazımdırsa sizə vəkil verim”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər