Müğənni Səidə Sultan “Hər şey daxil” verilişində qonaq olub.
Teleqraf.com-ın məlumatına görə, ifaçı kompleksiz olduğunu, plastik əməliyyatlardan danışıb:
“Əgər əməliyyat etdirsəm, mütləq deyərəm. Bircə dəfə üzümə botoks etdirmişəm. O da zamanla əriyib yox olub. Yaşım artsın, ehtiyacım olanda yenə etdirəcəm”.
İfaçı ailə qurmağa hazır olduğunu da bildirib:
“Mən ərə getməyə, ana olmağa çoxdan hazıram. Nə vaxt qismətdirsə, onda da toyum olacaq”.
Rüstəm