13 Yanvar 2023 16:50
2 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Aqil M. Quliyev haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi xüsusi icraat qaydasında iddia qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsinə göndərilib.

İddiaya əsasən, aktyor Aqil Quliyev vergi borcunu bir müddətdir ödəmir. Bu səbəbdən adı çəkilən dövlət qurumu məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti qadağa qoyulmasını tələb edib.

Şikayətə Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Məsələ ilə bağlı Aqil M. Quliyev Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: “Pandemiyada işləməyə imkan verilmədi. Uzun zamandır çalışmıram. Buna görə də vergi borclarım yaranıb və ölkədən çıxışıma qadağa qoyulub. VÖEN ilə bağlı adi bir məsələdir. Borcun miqdarı haqqında danışmaq istəmirəm. Təbii ki, məhkəmə yolu ilə hər şey həll olunacaq".

Qeyd edək ki, bu haqda xəbəri Lent.az saytı yayıb.


Müəllif: Rəqsanə Həsənova