Tanınmış Hollivud aktrisası Qvinet Peltrou əri, prodüser Bred Falçukla çimərlik fotosunu paylaşıb.
Teleqraf.com xəbər verir ki, 50 yaşlı Qvinet Peltrou hazırda İtaliyada istirahət edir.
Aktrisa çimərlik paltarı geyinmədən günəş kürsüsündə uzanaraq pozalar verib. O, üstsüz günəş vannası qəbul edib.
Peltrounun pərəstişkarları onun təbii gözəlliyinə heyran olublar.
Qeyd edək ki, Qvinet Peltrou və Bred Falçuk 2014-cü ildən birlikdədirlər. 2018-ci ilin sentyabrında aktrisa və prodüser ailə qurdu.