29 Avqust 2023 16:17
1 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, bloger şəbəkə izləyicisinin "Aynişan Quliyevadan yaxın zamanda sevgi gözləyək?" sualına "Bol-bol iş gözləyin. Sevgi gözləməklə gəlmir. Nə qədər çox çalıb işləsən, bir o qədər artar. Hər gün işim olduğu üçün şükür edirəm", - deyə cavab verib.

Aynişan Quliyeva "İşlərinizi planlı görürsünüz?" sualına isə belə cavab verib: "Planlı yaşamağı sevirəm. Düzdür, bəzən ani qərarlar olur. Planlı olanda insan daha çox uğur qazanır. Dəqiq olmaq vacibdir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər