"Kəpəz"in üç futbolçusu bu gün "Qəbələ"yə qarşı keçirəcəkləri Premyer Liqanın XXXII tur matçında iştirak etməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Georgi Papunaşvili, Amil Yunanov və Vusal Məsimov zədə səbəbindən meydana çıxmayacaq.
Qeyd edək ki, Qəbələ şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək.