13 May 2014 13:35
1 966
12 Punto 14 Punto 16 Punto 18 Punto

59-cu "Eurovision" mahnı müsabiqəsini transseksual qalibi Konçita Vurstu məşhur edən saqqalı saxta çıxdı.

Məlumata görə, sən demə "saqqalı qadın"ın uzun saçları kimi saqqalı da taxmadır. Çoxlarının dünyanın sonunun əlaməti kimi qəbul etdiyi Konçita cinsini dəyişmək üçün çox şeylərə əl atdığı kimi, "Eurovision"da seçilmək üçün də min cür yola əl atıb. O, saqqal qoyub gecə libası geyinməklə buna çox gözəl nail oldu.

Hormon müalicəsi aldıqdan sonra üzündəki tüklər də seyrəldiyindən, Konçita istədiyib kimi saqqal saxlaya bilməyib. Bu səbəbdən də, Avropanın gördüyü Konçita olmaq üçün, qrimdən istifadə edib.

Konçita Vurst (Conchita Wurst) bundan əvvəl kişi musiqi qrupunun lideri Tom Noyvirt (Tom Neuwirth) kimi tanınıb. Sonralar isə özünə Konçita Vurst səhnə adı götürüb.

Tom Noyvirt 6 noyabr 1988-ci ildə Avstriyanın Qmunden şəhərində doğulub. Hazırda Vyanada yaşayan 26 yaşlı Konçita, yəni Tom uşaq yaşlarından "Eurovision"un fanatı olduğunu deyir. 2006-cı ildə pop ifaçıların yarışlarına qatılıb və ikinci yeri tutub. 2007-ci ildə pop-rok "Jetzt anders" kişi qrupunu yaradıb. Bu qrupun fəaliyyəti bir neçə ay davam edib. 2011-ci ildə Moda məktəbini bitirib.

Konçita Vurst "Rise Like a Phoenix" ( Simurq quşu kimi yüksəl) mahnısı ilə 290 balla "Eurovision 2014" mahnı müsabiqəsinin qalibi olub. /anspress/


Müəllif: