26 Oktyabr 2023 17:54
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə ad günü ilə bağlı paylaşımla diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, 24 yaşını qeyd edən Suada Hacızadə İnstaqramda foto paylaşaraq Kristoferin onun arzusunu həyata keçirdiyini bildirib. Həyat yoldaşı ilə Floridada yerləşən "The Wizarding World of Harry Potter" (Harri Poterin sehrbazlar dünyası) adlı şəhərciyə gedən Suada Hacızadə "Kristoferə bu gözəl və emosiyalarla dolu gün üçün təşəkkür edirəm. Səni sevirəm. İndi mənim özəl kolleksiyamda şəxsi çubuğum da var. Yazdıqlarım dünən yaşadıqlarımın yalnız 10 faizidir. Tezliklə hamısını görəcəksiniz",-deyə vurğulayıb.

Kristofer isə sosial media hesabında Suadanı ad günü münasibətilə təbrik edərək "Uzun müddət davam edən xəyallardan sonra o, nəhayət bura ayaq basdı. İndi o, həmin çubuqla da tanış oldu. Ad günün mübarək, sevgilim",-deyə qeyd edib.


Müəllif: Rəqsanə Həsənova