Türkiyəli aparıcı-müğənni Seren Serengil aparıcı Xoşqədəm Hidayətqızına dəstəyini nümayiş etdirib.
Teleqraf.com xəbər verir ki, Seren Serengil Xoşqədəm Hidayətqızının paylaşımına bu şərhi yazıb:
"Canım, yanındayam. İnsanlar evli olan adamla münasibətdə olub, sonra gedincə başqasının həyat yoldaşından hesab sorurlar. Nə qədər qürursuz və şərəfsiz olublar. Sən çox özəl bir qadınsan".
Qeyd edək ki, Türkiyədə "Show Tv" kanalında yayımlanan "Didem Arslan Yılmazla vazgeçme" verilişində Esra adlı qadın Doğuşla dini nikah bağladığını deyib.