Əməkdar incəsənət xadimi Aygün Səmədzadə mərhum əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə küsülü olması haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, Aygün Səmədzadə sosial media hesabında mərhumla videosunu paylaşaraq bu sözləri yazıb: "Baxın, ondan sonra danışa da, düşünə də, kimin onun üçün kim olduğunu dərk edə bilərsiz bəlkə də. Bundan sonra şərhə nə ehtiyac var ki..."
Qeyd edək ki, Aygün Hümmətova yaxın günlərdə 48 yaşında Ankarada müalicə olduğu xəstəxanada xərçəng xəstəliyindən dünyasını dəyişib.