26 Yanvar 16:37
3 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu il planda maraqlı layihələr var. "Cristal Hall”da konsert verməyi planlaşdırıram. Əslində, konsert keçən il olmalı idi. Amma həkimlərim icazə vermədi. Ona görə bu ilə planlaşdırmışıq".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Aygün Kazımova jurnalistlərə açıqlamasında deyib.

"Sizə olan bu sevgiyə görə kimə borclusunuz?" sualına cavabda xalq artisti deyib: "Çox mürakkəb sualdır. Çünki borclarım çoxdur. Bu mövzuda özümü borclu hesab etdiyim insanlar var. Tamaşaçılarımın önündə elə bir yaradıcı həyat yaşamışam ki, baxan deyər çox ağırdır, çətindir.

Bir insan ağrılarını necə unudar?! Bu yol mənə çətin gəlməyib. Ona görə də bu sevgini tamaşaçılarıma borcluyam, həmən məni bağırlarına basdılar. Aygün Kazımova nə qədər varlıdırsa, o qədər də Azərbaycan mədənəniyyətində zənginlik var. Sənətə əvvəllər yoxumu da qoyurdum, indi varımı da qoyuram".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər