15 Fevral 16:56
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu MTV Azərbaycan kanalında ad çəkmədən həmkarlarından birinin ünvanına xoşagəlməz sözlər deyib.

Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu bu sözləri deyib: "İnsan bu dünyadan heç nə aparmayacaq. Yaxın bildiklərimin bəzilərindən mənə qarşı hansı addımlar atıldığını, mənə qarşı hansı zərbələr vurulduğunu bilirəm. İndi deməsəm də zamanı, vaxtı var, adını açıqlayacam.

Mənə bu həyatda öz ətrafımdan, yaxınlarımdan böyük pislik edənləri gördüm. Bu həyatda doğrudan da çox saf olmaq lazım deyilmiş. Özümü müdafiə etməyi bacarıram, amma bacarmamış kimi göstərirəm. Mən çox saflıq edirəm, kaş onların qəlbi mənim qədər olardı. Artıq ətrafımda tanıdıqlarımı tanıdım".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər