Müğənni Dilarə Kazımova “Mətbəxdə ağa” verilişində şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Dilarə Kazımova bu sözləri deyib: "Kişinin bir müddət işləməməsi normal haldır, ümumiyyətlə işləməməsi isə qorxuludur. İşi olmayan kişidən qorxuram. O məndən yalnız pul istəyəcək. Bəs, evi kim dolandıracaq? Mənimlə evlənəcək, evimdə qalacaq və onu dolandıracam... Nə "gözəl"...”
Dilarə Kazımova aparıcının "Sonuncu dəfə nə zaman evlilik təklifi almısınız" sualına "Altı ay əvvəl evlilik təklifi almışam. Təkliflər çoxdur, mənimlə çox adam ailə qurmaq istəyir. Evlənəcəyim adam sənətimi qəbul etməlidir. Dava etməkdənsə, tək qalmaq yaxşıdır", - deyə cavab verib.