7 Mart 14:49
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pop kraliça Aygün Kazımova bu yay Bakıda keçiriləcək "Dream Fest" beynəlxalq musiqi festivalında səhnəyə çıxacaq.

Teleqraf.com xəbər verir ki, o, böyük tədbirin bağlanış mərasimində çıxış edəcək.

Ölkənin əsas ulduzunun çıxışı iyulun 28-də gerçəkləşəcək. Super-hitlərin ifaçısı olan Kazımova həmin gün sevilən mahnılarını Xəzərin sahilində səsləndirəcək və şou göstərəcək.

Qeyd edək ki, Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Dream Fest" iyulun 23-dən 28-nə kimi olacaq. Festival çərçivəsində bir çox əcnəbi və yerli müğənnilər konsert verəcəklər.

Bundan əvvəl Aygün Kazımova "Jara" beynəlxalq musiqi festivalında da yer alıb. O, Rusiyanın Xalq artisti Filipp Kirkorovla birlikdə səhnəyə çıxıb. Onlar hətta festival üçün "Calma" adlı mahnını duet şəklində oxuyublar.


Müəllif: Teleqraf.com