7 Mart 14:32
1 746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktrisa Naibə Əlibəyova dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu haqda jurnalist Əli Novruzəliyev məlumat verib.

"Bu gün gecə saatlarında dünyasını dəyişib. Dörd-beş il əvvəl beyin əməliyyatı keçirmişdi, son günlər ümumiyyətlə danışa bilmirdi. Həmişə deyirdi ki, nitqi düzəlsin, çoxlu arzuları var, filmə çəkilmək istəyir. "Hacı İmaməli" məscidində vida mərasimi olub. Yasamal qəbiristanlığında isə dəfn olunub", - bildirib.

Qeyd edək ki, “Bəyin oğurlanması” filmində mərhum Xalq artisti Arif Quliyev “Miriş”, aktrisa Naibə Əlibəyova isə “Gülbadam” obrazında çəkilib. Hər iki sənətkarın iştirak etdiyi məşhur “Salam-sağol” səhnəsini çoxları xatırlayır.








Müəllif: Rəqsanə Həsənova