9 Mart 14:42
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Mehin Hümbətova MTV Azərbaycan kanalında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Mehin Hümbətova müğənni Türkan Vəlizadənin mahnılarını dinləmədiyini etiraf edib:

"Türkan xanımla gözəllik salonlarının birində münasibətimiz yarandı. Sənət nöqteyi-nəzərdən münasibət bildirmək istəmirəm. Yalan deyə bilmərəm, Türkan Vəlizadənin mahnılarını dinləmirəm. O kateqoriyadan olan ifaçıları dinləmirəm. Çünki bu, zövq məsələsidir. Əsla heç kəsi təhqir etmirəm".

Mehin Hümbətova müğənni Zeynəb Həsəni haqqında isə bu sözləri deyib: "Zeynəb Həsənini tanıyıram, gözəl xanımdır. Sosial şəbəkələrdə paylaşımları tez-tez qarşıma çıxır. Amma mahnısını eşitməmişəm. Bu, zövq məsələsidir, bunu şəxsi qəbul etmək olmaz".

İfaçı Şəbnəm Tovuzlunu isə savadlı xanəndə adlandırıb: "Bu ifaçılar arasında ali təhsili olan xanımdır. O savadlı xanəndədir".


Müəllif: Rəqsanə Həsənova