16 Aprel 14:35
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi Çelik yenidən Bakıya gəlir.

Teleqraf.com xəbər verir ki, "TMB Media" şirkətinin təşkilatçılığı ilə Çelik mayın 5-də saat 20:00-da Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edəcək.

İfaçı mayın 4-də isə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert verəcək.

Çelik "Sevənler anlar", "Hercai" və s. bir çox məşhur mahnıları ilə pərəstişkarlarının qarşısına çıxacaq.

Biletləri iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərsiniz.


Müəllif: Teleqraf.com