Türkiyəli məşhur aktrisa Fəxriyyə Evcən maraqlı açıqlamalar verib.
Teleqraf.com «Posta”ya istinadən xəbər verir ki, aktrisa yaradıcılığı ilə bağlı bəzi məqamları açıqlayıb. O, “Peşəmizlə bağlı hər dəqiqə çox baxımlı görünməliyik. Bu da böyük xərc tələb edir. Bəzən isə pul bəs etmir. Yaxşı ki, sponsorlar var. Yoxsa qazandığımız ancaq bu xərclərə gedəcək. Əslində isə qənaətçil biriyəm. Paltara, ayaqqabıya və çantaya çox pul xərcləməyi sevmirəm" deyib.
Qeyd edək ki, son dövrlər Fəxriyyə Evcən aktyor Burak Özçivitlə eşq yaşayır.
Rüstəm