26 Oktyabr 2015 11:39
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus Dram Teatrının rəhbərliyi Gürcüstana gedir.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 26-dan 30-dək Tbilisidə “Rus klubu” Beynəlxalq Mədəni-Maarif İttifaqının dəstəyi ilə A.Qriboyedov adına Akademik Rus Dram Teatrının yubiley şənlikləri və Rus Teatrlarının Ümumdünya Konqresi keçiriləcək. Tədbirə müxtəlif ölkələrdə fəaliyyət göstərən rus teatrlarının bədii rəhbərləri və direktorları, görkəmli mədəniyyət xadimləri dəvət olunub.

Qriboyedov adına teatrın 170 illiyinə həsr olunmuş konqresin proqramına dəyirmi masalar, aktual mövzularda yaradıcılıq görüşləri, açıq mühazirələr, müasir rus teatrının problemləri daxildir.

Azərbaycandan bu önəmli konqresdə Rus Dram Teatrının direktoru Ədalət Hacıyev və baş rejissor Aleksandr Şarovski iştirak edirlər.

Bu səfər son 5 il ərzində Səməd Vurğun adına Rus Dram Teatrının Qriboyedov adına Tbilisi Akademik Rus Dram Teatrının kollektivləri arasında yaradılan dostluq və yaradıcılıq əlaqələrinin davamıdır.

Yubiley gecəsində Rus Dram Teatrının rəhbərliyi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından təbrik məktubu oxuyacaq.

Nərmin


Müəllif: