28 Oktyabr 2015 12:42
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elit star Cəmilə əməliyyat olunub.

Teleqraf.com-a açıqlama verən müğənni çox çətin əməliyyat keçirdiyini və özünü halsız hiss etdiyini deyib: “İki saatlıq əməliyyat keçirdim. Heç özümdə olmamışam. Xəstəxanaya çox çətinliklə gətirib çıxarıblar. Həkimlərimiz sağ olsun ki, vaxtında kömək etdilər. Onurğamda yırtıq var idi. İnanın Allaha, o dünyanı görüb, qayıtdım. Açığı, bu barədə danışmaq istəmirdim. Çünki xoşlamıram insanlara neqativ enerji ötürüm. Təki Allah hamımıza can sağlıq verin”.

Əfruzə


Müəllif: