16 Noyabr 2015 10:59
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İradə İbrahimovanın repertuarında sevilən "Neyləyək alınmadı" mahnısı Türkiyənin tanınmış komediya aktyoru Cem Yılmazın bu günlərdə nümayişə çıxarılan "Ali Baba və 7 Cücələr" filmində səslənib.

Teleqraf-com xəbər verir ki, müğənni bu barədə filmin nümayişindən sonra xəbər tutub: "Film noyabrın 13-də nümayişə çıxarılıb. Bu barədə bizə filmi izləyən və ailəmizə yaxın insanlar məlumat verib. Filmdə Cem Yılmaz özü mahnını zümzümə edib. İnternetdə filmdən hələ ki, fraqment olduğu üçün həmin hissəni izləyə bilməmişəm".

İradə İbrahimova ötən il Cem Yılmaz, aktyor Ozan Güven və Özkan Uğurla birgə çəkilən fotosunu sosial şəbəkədə paylaşmışdı.

Müğənni qeyd etmişdi ki, hər üç sənətçi onu görən kimi “Neyləyək, alınmadı” mahnısını oxumağa başlayıb.
"Neyləyək alınmadı" mahnısının musiqisi Vaqif Gərayzadəyə aiddir.

Rəqsanə


Müəllif: