20 Noyabr 2015 10:16
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın günlərdə yaradıcılığının 27 ili tamam olan Faiq Ağayev bu sənətdə qazandığı uğurlardan danışıb.

Xalq artisti Teleqraf.com-a açıqlamasında heç vaxt əldə etdiyi uğurla kifayətlənmədiyini deyib: “Heç vaxt sənətdə sahib olduğum mərtəbədən razı olmamışam. Razı olsaydım pensiyaya çıxardım. Ümumiyyətlə, uğur qazanmaq istəyən insan özündən razı olmamalıdır. Onda istədiyin hər şeyə nail ola bilərsən".

Yaradıcılığı haqqında məlumat verən F.Ağayev iki mahnı üzərində çalışdığını qeyd edib: "Mahnılar studiyadadır, biri Fərid Kərimliyə, digəri isə Emil Şahinoğluna aiddir. Hər ikisi ritmikdir və ilin sonuna kimi tamaşaçılarımıza təqdim olunacaq".

Faiq Ağayev konsert vermək üçün ona 100-150 min manat pul lazım olduğunu deyib: "Bu il iki günlük konsert versəm 100-150 min pul lazım olacaq. O pulu əldə edə bilsək konsert baş tutacaq və siz ənənəvi keyfiyyəti görəcəksiniz".

Rəqsanə


Müəllif: