Əməkdar artist Abbas Bağırov gələcəkdə rejissor kimi də fəaliyyət göstərmək fikrindədir.
Bu barədə Teleqraf.com-a sənətçinin özü məlumat verib: “Ənvər Sadıqov üçün klip çəkdim. Professional rejissor deyiləm. Sadəcə, bu işə həvəsim olduğu üçün dostum üçün klip çəkmək qərarına gəldim. Başqa həmkar dostlarıma klip çəkməyə söz vermirəm. Çünki hər insanın bir kaprizi var. Həm də həmkar dostlarımın çoxu peşəkar rejissorlarla işləyirlər. O peşəkarlardan sonra mənim görəcəyim iş peşəkar görünməz. Ona görə birdən-birə o riskli addımı atmaq istəmirəm. İnşallah, gələcəkdə bu işin üzərində çalışaram və sonra bu sahədə böyük bir addım ataram”.
Rəqsanə