4 İyun 2017 17:26
1 846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Mərkəzinin parkında yoqa sessiyası baş tutub.

Bu haqda teleaparıcı Hacı Nuran xəbər verib. O bildirib ki, bu gün səhər saat 8:00-da “Hatha-Yoqa” sessiyası, 9:00-da isə “Sri Sri Yoqa” sessiyası olub.

Açıq hava yoqa sessiyası “Yoga Shahi” studiyasının təcrübəli müəllimləri Yelena Səfərova və general Elçin Quliyev tərəfindən keçirilib.

“Saat 8:00-da 10 ildən çox təcrübəsi olan, 2009-cu ildə Polşadakı Beynəlxalq Şivananda yoqa kurslarını bitirərək yoqa müəllimi adına layiq görülmüş Elçin Quliyevin iştirakı ilə yoqanın klassik növü olan “Hatha-Yoqa” sessiyası, saat 9:00-da isə “art of life” fondunun təmsilçilərindən biri olan Yelena Səfərovanın iştirakı ilə “Sri Sri Yoqa” sessiyası təşkil edilib”, - deyə, Hacı Nuran bildirib.

axşam.az


Müəllif: Teleqraf.com