Türkiyənin Bolu vilayətində hərraca çıxarılan dəvə 60 min lirəyə (təxminən 30 min AZN) satılıb.
Teleqraf.com xəbər verir ki, satışdan əldə olunan pul vilayətdə təhsil alan imkansız tələbələrə veriləcək.
10 min manatdan başlayan dəvəyə çoxlu sayda müştəri çıxıb. Dəvə ən çox qiymət təklif edən şəxsə satılıb.
Mehmet Dəmir adlı şəxs aldığı dəvəni qoruq idarəsinə bağışlayıb.