29 Mart 2020 22:09
4 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan koronavirusa şeir yazıb.

Teleqraf.com şeiri təqdim edir:

Deyək sənə niyə gəlmisən?
Yoxsa, deyək xoş gəlmisən?

Sən ey taclı eybəcər.
İçində bir insaf varsa,
Nə olar çıx, get.

Vicdansız olmaz əcəl,
Yaşama qarğadan betər!
Tacın sənə qalxandırsa,
Qalxanını öz başında,
Edəcəyik tikə-tikə.

Biz olaq əkə, sən bizə ləkə,
Virusunla virusları,
Silkələ, məhv elə.
Elə elə ki, ulasınlar.
İt kimi tutub, yıx yerə qap.
Döyəclə göyərt, yırğala çap.
Şillələ-şillələ...
Dondurmavirus.
Sən hərdə gəl,
Qanımızı, südümüzü,
Təmizlə.

Dostumuza hörmət elə,
Düşmənimizi kəniz elə,
Zinamızı düyünlə,
Qorxunc səsin-küyünlə.
Sədası xoşdur düzü,
Təmiz vicdan səsinin əks-sədasıdır özü.
Koronavirus.

Sirus əmi, düyümüzü, qəndimizi,
Pilus əmi, paklığımızı, səmtimizi,
Sən isə, bizim axrımızı?
Rahat yatmaq istəyənlər,
Öldü yüzü.
Açıldı üzü, dirildi quzu.
Qanlıvirus.
Sən bizə dürüst, biz sənə sürük.
O mənə düşük, mən ona küsük.
Hər birimiz tükdən nazik "Qıl körpüsü.

Koronavirus.
İstəyirəm vicdan rahatlığım gəlib,
Şükran rahatlığım olsun.
Ləkəli vicdan, hamı üçün,
Keçmiş olsun.

Təmiz vicdan,
Əyləncələr yanğısının məşəli olsun.
İstəyirəm, gözləyirəm, ağlayıram,
Mən onu çox istəyirəm.
Hallılarım amanı gəlsin özlərinə.
Yamanların yaxşıs girsin gözlərinə.
Sərvətimin qiymətidir vicdanlığım.

Vicdanımın külündən bəhrələndim.
İnsaf dinin yarısıdır, ləkəli virus.
Onsuz da sən nifrətlərə dönəcəksən.
Vaxt gələcək öləcəksən, koronavirus.
Onda...!
Sənin kimi ölənləri,
Basdıran da, olmayacaq!
"Taclı eybəcər!".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər