Dünyanı cənginə alan koronovirus həyatımızı tamamilə dəyişdi. Yoluxmaların qarşısını almaq üçün kütləvi məclislər, eyni zamanda dini mərasimlərin keçirilməsi qadağandır. Bu səbəbdən iranlılar dini ayinlərini həyata keçirmək üçün yeni üsula əl atıblar.
Teleqraf.com xəbər verir ki, pandemiya dövründə, insanların əsasən virtual mühitdə vaxt keçirdikləri zaman, iranlılar da Məhərrəmdə təşkil etdikləri yas mərasimlərini virtual dünyaya daşıyıblar. Belə ki, onlar VR eynəkləri taxaraq Məhərrəm ayı üçün yas ayinlərini icra edirlər.
Görüntünü təqdim edirik.