31 Avqust 2020 12:50
4 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evinin həyətində yatdığı zaman ağzından mədəsinə 1 metr uzunluğunda ilan girən qadın təcili əməliyyata aparılıb.

Teleqraf.com-un məlumatına görə, bu bənzərsiz hadisə Rusiyanın Dağıstan Muxtar Respublikasının Levaşi bölgəsində baş verib.

Xəstəxanaya çatdırılan xanım rentgen edilib və bəlli olub ki, mədəsində ilan var. Həkimlər dərhal qadını əməliyyat otağına aparıb. Xüsusi əməliyyatla qadının mədəsində olan 1 metrlik ilan çıxarılıb.

Qeyd edək ki, əməliyyatın görüntüləri ictimaiyyətə təqdim edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər