11 Yanvar 2022 23:13
1 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vatsapda yeni funksiya yaradılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Sosial şəbəkə səsli mesajlara qulaq asmağı daha rahat edib – indi onlara yazışmaların içərisində olmadan da qulaq asmaq mümkündür.

Yeni söhbət və ya əsas ekranına keçdiyiniz zaman səsli mesaj proqramın yuxarı hissəsində görünür. İstifadəçilər, həmçinin oxutmanı dayandırmaq və başlamaq üçün düymələrə çıxış əldə edə bilərlər.

Arxa fonda dinləmə səsin oxunmasını dayandırmadan başqa söhbətlərə keçməyə imkan verir. Hələlik yenilik "Android"in beta versiyasında aktivdir.


Müəllif: Teleqraf.com