7 Avqust 2023 08:00
2 828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı milyarder və SpaceX-in qurucusu İlon Mask bildirib ki, onun Meta şirkətinin rəhbəri Mark Zukerberqlə döyüşü X sosial şəbəkəsində (Twitter) yayımlanacaq.

Teleqraf.com xəbər verir ki, o bu barədə mikrobloqunda yazıb.

"Zukun Maskla döyüşü X-də canlı yayımlanacaq. Gəlirlərin hamısı veteranların xeyriyyə fondlarına gedəcək", - qalmaqallı milyarder yazıb.

Şərhlərdə o, gün ərzində çəki qaldırdığını bildirib. "Məşq etməyə vaxtım yoxdur, ona görə də onları özümlə işə aparıram",- deyə o əlavə edib.

"Meta" şirkətinin baş direktoru Mark Zukerberq "X" şirkətinin (keçmiş "Twitter") sahibi İlon Maskla döyüşə hazır olduğunu bildirib.

Bu barədə M.Zukerberq özünün "Threads" sosial şəbəkəsindəki hesabında yazıb.

"Mən bu gün hazıram. O (İlon Mask - red.) ilk dəfə (döyüş - red.) təklif edəndə, mən döyüşün avqustun 26-da keçirilməsini təklif etdim, amma təsdiqini almadım", - deyə o bildirib.


Müəllif: Pərvin Cəfərova