14 Dekabr 2023 22:25
3 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) “Maven” missiyası günəş küləyi kimi tanınan Günəşdən yayılan yüklü hissəciklər axınının qəfil yoxa çıxmasını müşahidə edib.

Teleqraf.com xəbər verir ki, kosmosda boşluq yaradan bu son dərəcə nadir hadisə Mars atmosferinin inanılmaz formada genişlənməsinə səbəb olub.

NASA-nın müşahidəsinə görə, günəş küləyinin təzyiqi olmadan Marsın atmosferi və maqnitosferi minlərlə kilometr genişlənib.

Əvvəlki araşdırmalar göstərir ki, Mars da Günəş sistemindəki digər planetlər kimi daim Günəşdən gələn və maqnitosferə təzyiq göstərən yüklü hissəciklərlə əhatə olunub.

Eyni zamanda Marsa təsir edən günəş küləyi atmosferinin böyük hissəsinin kənara çıxmasına səbəb olur. 2022-ci ilin dekabrında günəş küləyinin sıxlığı 100 dəfə azalıb, bu da Marsa təsir edən təzyiqin azalmasına səbəb olub, nəticədə planetin maqnitosferi üç dəfədən çox genişlənib.

Tədqiqatçılar deyirlər ki, bu günəş hadisəsi və Marsın maqnitosferinin çevrilməsi planetdə su və atmosfer itkisinin arxasında duran fiziki prosesi daha yaxşı anlamağa kömək edə bilər. Elm adamlarının fikrincə, günəş küləyinin dramatik şəkildə yoxa çıxması son dərəcə nadir hallarda və yalnız Günəş aktivliyinin artdığı dövrlərdə baş verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər