- Ən son oxuduğunuz kitab?
- Ən son hansı kitabı oxuduğum yadımda deyil… Son zamanlar işimlə bağlı mənəvi və fiziki yorğunluq olduğuna görə evə çatan kimi yatıram. Sonuncu dəfə oxuduğum kitablardan Jo Nesbonun “Qar adamı” adlı dedektiv əsərinin adını çəkə bilərəm. Ümumiyyətlə, işim az olanda və istirahət zamanı kitab oxumağa çalışıram.
- Ən son izlədiyiniz film?
- Bu yaxınlarda “Ağ əsir” (“Belıy plen”) filmini izləmişəm. Çox maraqlı filmdir.
- Ən son dinlədiyiniz musiqi?
- Maşında Selana Qomezin “Love You Like A Love Song Baby” (“Səni məhəbbət mahnısındakı kimi sevirəm, sevgilim”) mahnısına qulaq asmışam.
Rəqsanə
Fotolar: Elçin Murad