Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, təlimlərin bu mərhələsində bölmələr silah və zirehli texnikanın tətbiqi ilə müxtəlif relyefli ərazilərdən keçməklə əks-hücum əməliyyatının təşkili və keçirilməsi, şərti düşmənin canlı qüvvəsi və döyüş texnikasına qabaqlayıcı zərbələrin endirilməsi və strateji cəhətdən əlverişli rayon və hədlərin azad edilməsi üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.
Bölmələr döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları uğurla icra ediblər.