5 Sentyabr 2020 17:31
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ekoloji sahədə fəaliyyət göstərən QHT sədrləri və ekoloq mütəxəssislərlə videoformatda görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, görüşdə mühüm ekoloji məsələlər, o cümlədən ölkənin şirin su ehtiyatlarının azalması, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi, yağıntıların və çaylarda sululuğun azalması, digər tərəfdən, suya tələbatın artması sahəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ətrafında müzakirələr aparılıb.

QHT-lər su məsələlərinin müzakirə edilməsi, tövsiyələrin verilməsi, ekoloji məsələlərin qiymətləndirilməsində fəal iştiraka dəvət olunublar.

Görüşdə iştirak edən AMEA-nın Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov çıxışında QHT-ləri həyata keçirilən tədbirlərdə yaxından iştirak etməyə, fəal olmağa çağırıb və ictimai nəzarətin gücləndirilməsi məqsədilə birgə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib.

Eyni zamanda görüşdə QHT, dövlət qurumları və mütəxəssislərin əməkdaşlığını ehtiva edən bu cür platformada görüşlərin davam etdirilməsi qərara alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər