Dünən qardaş Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu zəng edərək Türkiyənin tam dəstəyini ifadə etdi.
Teleqraf.com bildirir ki, bu sözləri Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov deyib.
Nazir Azərbaycanın hər zaman yanında olduğu üçün Türkiyəyə xüsusi təşəkkürünü çatdırıb:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edərək baş verən proseslərdə Azərbaycanın mövqeyini sonuna qədər dəstəklədiklərini dilə gətirdi. Qardaş ölkənin belə məqamlarda yanımızda olması olduqca sevindiricidir.
Bununla yanaşı dünən İran, Aİ, Rusiya, ABŞ rəsmiləri də bizimlə əlaqə saxlayaraq fikir mübadiləsi apardılar. Qeyd edim ki, bu mütəmadi danışıqlar zamanı Azərbaycan geniş məlumatlar verib”.