30 Sentyabr 2022 11:10
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin payız sessiyasının ilk plenar iclası dövlət himninin səslənməsi ilə başlayıb.

Teleqraf.com xəbər verir ki, iclasa Milli Məclisin sədri Sahibə Qafarova sədrlik edir.

Spiker payız sessiyasının başlanması münasibəti ilə deputatları təbrik edib.

S.Qafarova deyib ki, sentyabrın əvvəlləri Ermənistan ordusu Azərbaycana qarşı təxribatlar həyata keçirib:

“Azərbaycan Ordusu cavab tədbirləri həyata keçirərək həmin istiqamətdə hərbi infrostrukturu darmadağın edib”.

Spiker daha sonra təklif edib ki, sentyabrın 13-də hərbi qarşıdurma zamanı şəhid olan, eləcə də birinci və ikinci Qarabağ savaşında həyatını itirən vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.


Müəllif: Nemət