5 Noyabr 2022 11:06
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gündəliyin birinci məsələsi 8 Noyabr − Zəfər Günü ilə əlaqədardır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, Azərbaycan BMT və digər beynəlxalq qurumların qəbul etdiyi qətnamələri öz gücü ilə həyata keçirərək bölgəyə sülh gətirib.

Sahibə Qafarova qeyd edib ki, Zəfər Günü Azərbaycan Prezidenti İlham Əliyevin hərbi sərkərdə kimi uzaqgörənliyinin, Azərbaycan ordusunun gücünü göstərib.

Spiker təklif edib ki, Zəfər Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya parlamentin adından təbrik məktubu göndərilsin.


Müəllif: Nemət

Oxşar xəbərlər