26 Noyabr 2022 16:14
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməlidir.

Eyni zamanda bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər